​SON DƏQİQƏ: ABŞ bütün dünyanı HƏDƏLƏDİ

Baxış sayı:
3889

Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit raket kompleksləri alacaq bütün ölkələrə sanksiyalar tətbiq edə bilər.

Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Biz bütün dünyada tərəfdaş və müttəfiqlərimizin S-400 zenit raket komplekslərini mümkün almasına qarşıyıq" – deyə Nauert bildirib.

Türkiyədən başqa S-400 alışına görə digər ölkələrə də sanksiya tətbiq oluna bilərmi sualını Nauert müsbət cavablandırıb.

O, həmçinin Türkiyəyə S-400a raketlərinin vaxtından əvvəl çatdırılmasına görə də narahat olduğunu bildirib: "Əgər bu belədirsə.., bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiq S-400-dən istifadə edirsə, bu bizim siyasətimizə ziddir".