SON DƏQİQƏ! Ermənistan və Rusiya hərbçiləri hərəkətə keçdi
6-03-2023 10:42
Baxış sayı:
2663

Ermənistan və Rusiya hərbçiləri Ermənistanın hava məkanını qorumaq üçün birgə təlimlər keçirib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan ordusunun Cənub Hərbi Dairəsindən bildirilib.
Rusiya aviasiya bazasının pilotları və hərbi bazasının hava hücumundan müdafiə qüvvələrinin zenit bölmələri erməni hərbçilərlə birlikdə şərti hədəfləri aşkar edərək zərərsizləşdiriblər.