​SON DƏQİQƏ: Ukraynada hərbi vəziyyət ELAN EDİLDİ

Baxış sayı:
3550

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı imzaladı.
Muxalifet.az UNİAN agentliyinə istinadən xəbər verir ki, hərbi vəziyyət noyabrın 26-sı saat 15:00-dan 2019-cu il yanvar 25-i saat 15:00-ə qədər qüvvədə olacaq.
Xatırladaq ki, ötən gün Kerç körfəzində Ukrayna və Rusiya hərbi gəmilərinin iştirakıyla qarşıdurma baş verib. Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.