SON DƏQİQƏ: üsyançı Hafter atəşkəs çağırışını qəbul etdi
12-01-2020 03:30
Baxış sayı:
2224

Liviyanın şərqindək iüsyançı general Hafterə tabe qüvvələr, Türkiyə və Rusiyanın Liviyaya yönəlmiş atəşkəs çağırışını yerli saatla 12 yanvar 00.00-da, Türkiyə saati ilə 01.00-da qəbul etdi.
Hafterə tabe qüvvələrin mətbuat katibi əl-Mismari, rəsmi sosial mediya hesabından yaydığı görüntülü mesajında, Liviyanın qərbindəki "əməliyyatlarla bağlı atəşkəs çağırışını qəbul etdiklərini", ancaq qarşı tərəf atəşkəsi pozarsa cavab verəcəklərini qeyd etdi.
Maraqlıdır ki, atəşkəs çağırışına prezident Ərdoğanın prezident Putin ilə telefon söhbətindən sonra müsbət cavab verildi.
Muxalifet.az