Sərhəddə yabanı bitmiş çətənə kolları aşkarlandı - FOTO

Baxış sayı:
4219

Dövlət Sərhəd Xidməti tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kolları­nın yabanı halda bit­diyi sahə aşkar olunub.

Xidmətdən verilən məlumata görə, iyunun 7-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfin­dən Ağstafa rayo­nunun Sadıxlı kəndinin arxa hüdudunda “Qara­yazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km ara­lıda aşkar­lanmış sahədə aqrotexniki qulluq olunmamış, hün­dürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyən edilib.

Qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə tə­sərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaş­la­rının işti­rakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.