Səsyazma açıqlandı: QAŞIQÇININ SON SÖZLƏRİ

Baxış sayı:
3607

2 oktyabrda İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olduqdan sonra bir daha ondan xəbər almınayan “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçı-nın öldürülməsinə dair detallar irəli sürülməyə davam edir.
 
Al-Jazeera-nin verdiyi məlumatlara görə, Səudiyyə konsulluğundakı səsyazmasında Camal Qaşıqçı-nın son sözlərində “Boğuluram, bu paketi çıxarın başımdan. Mən astmayam" dediyi irəli sürülüb.
Səsyazmasına görə, Qaşıqçı-nın öldürülməsinin təxminən yeddi dəqiqə davam etdiyi iddia edilir.
Cinayətə dair istintaqın davam etdiyini bildirən Əl Jazirə-yə məlumat verən mənbə, polisin Qaşıqçı-nın cəsədini tapmağa çox yaxınlaşdığını bildirib. Həmçinin Qaşıqçını öldürən dəstəyə məxsus alətlərin fotolarının da yaxında paylaşılacağı qeyd olunub.
 
KİMYƏVİ TURŞU İZLƏRİNƏ RAST GƏLİNMİŞDİ
 
İstintaqı aparan İstanbul Baş Prokurorluğundan mənbə də yenə Al Jazeera-yə etdiyi açıqlamada, konsulluq iqamətgahında cəsədi məhv etmək üçün istifadə edilən kimyəvi turşu izləri olduğunu söyləyib.
Müxalifət.az