Səudiyyə-BƏƏ ittifıqından Türkiyəyə qarşı düşməncə həmlə

Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfdaşlığının Suriyada terror təşkilatı PKK ilə əlaqəsi, maddi yardımdan daha irəli bir ölçüyə daşınıb. Həftənin əvvəlində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Suriyaya gələn yüksək səviyyəli hərçi, kəşfiyyat əməkdaşları və siyasilər, ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK-nın işğal etdiyi əraziləri ziyarət edib.
Səudiyyə və BƏƏ-dən gələn nümayəndə heyəti, Hasekə, Eyn əl-Arab, Münbiç, Tel Abyad və Rəsul Ayn-ı gəzərək Türkiyə sərhədində inşa ediləcək müşahidə məntəqələrinə dair PKK-lı terrorçulardan məlumat alıb. Körfəz nümayəndə heyəti, ABŞ tərəfindən PKK-nı qorumaq üçün qurulacaq müşahidə məntəqələrinin maliyyələşdirməsini də öz üzərinə götürüb.
30 min terrorçuya maaş verəcəkər
Qurulacaq müşahidə məntəqələri üçün ərazidə araşdırma aparan PKK isə sərhəd xəttində Türkmənlərin ərazilərinə ələ keçirərək bəzi ev və torpaq sahələrini "ABŞ burada baza yaradacaq” bəhanəsi ilə qəsb edib.
Səudiyyə Ərəbistanının Yaxın Şərq üzrə naziri Samir Sebhanın rəhbərlik etdiyi Səudiyyə-BƏƏ heyəti, əvvəl Hasekədə ABŞ prezidenti Donald Trampun xüsusi nümayəndəsi Brett Makgurk ilə görüşüb. Körfəz nümayəndə heyəti Makgurk arasında reallaşan görüşdə "sərhəd mühafizəçiləri” adı altında qurulacaq 30 min nəfərlik terror qrupunun maaş, təlim, silah və sursat xərclərinin ödənilməsi barədə razılığa gəlinib.
ABŞ əsgərləri ötən fevral ayından bəri, xüsusilə Münbiçdə PKK-lı terrorçularla cəbhə xəttində tez-tez görüntü pozaları verir.
Səudiyyə-BƏƏ nümayəndə heyəti həmçinin sərhəd dəhlizində qurulacaq müşahidə nöqtələri üçün bütün xərcləri ödəmə vədini verib. Digər tərəfdən, həmin iki ölkə, terror təşkilatına cəbhə xəttində açıqdan dəstəyə də başlayıb. Səudiyyə və BƏƏ qoşunları Deyrizordakı münaqişə bölgəsinə gətirilib.
Müxalifət.az