Səudiyyə Ərəbistanında çevriliş qorxusu: Kral qvardiyası Ər-Riyada göndərildi

Baxış sayı:
3736

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, ölkə xaricinə çıxmasından sonra müxtəlif şəhərlərdəki çoxsaylı təhlükəsizlik qüvvələrinin paytaxt Ər-Riyada nəql edildiyi öyrənilib.
 
Səudiyyə rejimini ifşa edən açıqlamaları ilə tanınan sosial media fenomeni Müctəhidə görə, Ciddə və Demmam şəhərlərindən çoxsaylı kral qvardiya birliyi Ər-Riyada nəql olunub. 50 millimetrlik toplar, gecə görüş durbinləri və infraqırmızı durbinlərlə təchiz olunmuş 20 hərbi maşın kral sarayı ilə hava limanı arasındakı yola yerləşdirilib.
 
TƏDBİRLƏR ARTIRILDI
 
Digər tərəfdən, Qətərin “Estuari Online” saytına açıqlama verən Müctəhid, bin Salmanın çevrilişin qarşısını almaq üçün müstəsna təhlükəsizlik tədbirləri alınması əmrini verdiyini söyləyib. Bir il fasilədən sonra Londondan ölkəsinə qayıdan müxalif şahzadə Əhməd bin Abdulazizə də toxunan Müctəhid, şahzadə Əhmədin qardaşı kral Salmanı hakimiyyətdən getdiyi təqdirdə ailənin 95 faizinin ona beyət edəcəyini irəli sürüb. Kral Salmanın doğma qardaşı şahzadə Əhməd bin Abdulaziz, bir neçə ay əvvəl Londondakı evinin qarşısında Səudiyyə ailəsini etiraz edən nümayişçilərə yaşanan problemlərdən dolayı ailənin hamısını deyil, məsuliyyət mövqeyində olan kral ilə vəliəhdi etiraz etmələri lazım olduğunu söyləmişdi. Şahzadə Abdulaziz, Qaşıqçı qətlindən sonra Məhəmməd bin Salman qarşı ittihamların artmasından sonra Səudiyyə Ərəbistanına qayıdıb.
Müxalifət.az