Səudiyyə Ərəbistanının çirkli üzü ifşa oldu

ABŞ-ın “Wall Street Journal” qəzeti, Səudiyyə təhlükəsizlik xidmətlərinin bu il nəzarətə aldıqları qadın haqları müdafiəçilərinə işgəncə verdiyini irəli sürüb.
ABŞ-ın aparıcı qəzetlərindən “Wall Street Journal” (WSJ), məsələyə aidiyyatı olan mənbələrə əsaslandırdığı xəbərində, Səudiyyənin təhlükəsizlik xidmətindəki şəxslərin bu il saxlanılan qadın haqları müdafiəçilərinə işgəncə verdiyini iddia edib.
Xəbərə görə, 18 qadın hüquq müdafiəçisindən ən az 8-nə işgəncə verilib və bu 8 nəfərdən ən az 4-ü elektrik şokuna və qamçılanmağa məruz qalıb.
Səudiyyə Ərəbistanında bu il həbs edilən qadın haqları müdafiəçilərindən heç biri rəsmi olaraq hər hansı bir cinayətlə ittiham olunmur. Mənbələrə görə, çoxu qadın olan bu insanlar aylarla həbsxana kameralarında saxlanılıb, bəziləri yuxudan məhrum edilmələri üçün parlaq işığa və narahat edici şəkildə aşağı temperaturlara məruz qoyulub. Ən az 1 qadının cinsi təcavüzə məruz qaldığı, 1 qadının isə bir neçə dəfə intihara təşəbbüs etdiyi xəbərdə yer alıb.
Qeyd edək ki, bu ilin may ayında, qadınların avtomobil istifadə etməsi qadağasının ləğv olunacağı 24 iyuna həftələr qalmış çox sayda qadın haqları müdafiəçisi Səudiyyə Ərəbistanında saxlanılıb. Qeyri rəsmi casusluq ilə günahlandıran qadınlar arasında ictimaiyyətin yaxından tanıdığı məşhur qadın haqları müdafiəçiləri Luceyn Haslul ilə İman Əl Nefcenin da olduğu açıqlanmışdı.
Müxalifət.az