Səudiyyə şahzadəsinin Misir səfəri ETİRAZLA QARŞILANDI - "Mişarın utanc səfəri"

Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın növbəti səfəri Misirə olub. Misir rəsmi agentliyi “MENA”-nın xəbərinə görə, Səudiyyə şahzadəsi bin Salmanı Qahirə Beynəlxalq Hava Limanında Misir prezidenti Əbdul- Fəttah es-Sisi qarşılayıb.
Xəbərdə, iki gün davam edəcək səfər çərçivəsində bin Salmanın Misir prezidenti Sisi ilə ikitərəfli əlaqələr və regional prosesləri müzakirə edəcəyi bildirilib.
Misirdə müxalifətdə yer alan siyasi şəxslər və jurnalistlər isə Səudiyyə vəliəhdinin Qahirə səfərinə təpki göstərib.
Müxalif siyasi şəxslər və 9 partiyadan ibarət olan "Dinc Demokratik Hərəkat", "Nə xoş gəldin, nə də səfa gətirdin" başlıqlı yazılı açıqlama yayıb.
Məhəmməd bin Salmanın "Tiran və Sanafir adalarının Misirdən alınması cinayətinin memarlarından biri olduğu" ifadə edilən açıqlamada, bin Salmanın Qahirə səfəri, "Qaşıqçı cinayətindən sonra pozulan imicini düzəltmə səyi" kimi qiymətləndirilib.
Bin Salman ziyarətinə misirli intellektuallar və jurnalistlər də təpki göstərib. Onlarca jurnalist yayımladıqları yazılı bəyanatla, "Qaşıqçı cinayəti də daxil, bir çox səbəblərə görə" Səudiyyə vəliəhdinin Qahirə səfərinə qarşı çıxdıqlarını bildiriblər.
MİŞARIN UTANC SƏFƏRİ
Ölkə daxilində və xaricində yaşayan intellektuallar sosial media üzərindən də ziyarətə təpki göstərib.
Misirli insan haqları müdafiəçilərindən Camal Iyd sosial media hesabı Twitter-dən "mişarin utanc səfəri" etiketi ilə paylaşdığı mesajında, "Bir misirli olaraq bu qatilin ölkəmi ziyarət etməsini qəbul etmirəm. Əlimdə olsaydı onu Misirdən qovardım. Ancaq mən bir vətəndaşam və bu hashtag ilə yetinirəm", - deyə yazıb.
Misirli hüquqşünas Məhəmməd Bedran da ziyarətə təpki göstərənlərdən biri olub. Bedran sosial media hesabından apardığı bölgüdə, "qatil" kimi səciyyələndirdiyi bin Salmanın səfərini rədd etdiyini bildirib.
Dustur Partiyasının keçmiş rəhbərlərindən Xalid Davud silah və neft ticarətini insan şərəfindən üstün tutan və jurnalist Camal Qaşıqçının öldürülməsini əmr edən bin Salmanın Misir səfərini qəbul etmədiyini dilə gətirib.
Müxalifət.az