Səudiyyə vəliəhdinə böyük şok: ÖLKƏMİZƏ GƏLMƏSİN

Baxış sayı:
7720

Tunisdə "50 Vəkil Qrupu" Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 27 noyabrda keçirilməsi planlaşdırılan Tunis səfərini əngəlləmək üçün iddia qaldırmağa qərar verib.
 
“50 Vəkil Qrupu”nun koordinatoru Nəzər Bucelal, "Şahzadə bin Salman, jurnalist Camal Qaşıqçı-nın 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsində şübhə çevrəsinin içindədir" deyib.
Şahzadənin səfərini, 50 jurnalistlə birlikdə etiraz edəcəklərini bildirən Bucelal, bin Salmanın gələcəyi gün Karfagen Hava Limanında etiraz təşkil edəcəklərini ifadə edib.
Digər tərəfdən, Tunisli aktivistlər də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 27 noyabrda keçirilməsi planlaşdırılan Tunis səfərini etiraz etməyə çağırıb.
 
Etiraz edəcəyik
 
 Etirazlara çağıran aktivistlər arasında yer alan Tarıq el-Kehlavi, verdiyi açıqlamada, “Yəmən xalqına qarşı vəhşicəsinə hücumlar təşkil edən və bütün dünya ölkələrinin təpkisini çəkən Camal Qaşıqçı cinayətinə adı qarışan ölkənin (Səudiyyə Ərəbistanı) əsas rəsmisinin (Məhəmməd bin Salmanın) ölkəmizə reallaşdıracağı səfərə etiraz edirik” deyə bildirib.
Tunis prezidentinin sözçüsü Səidə Karaş, yerli bir radio kanalına verdiyi açıqlamada, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin 27 noyabrda gerçəkləşdirmək istədiyi səfərinin məhz Səudiyyə vəliəhdinin tələbi ilə baş tutduğunu qeyd edib. Bu faktın özü də göstərir ki, özünə hörmət edən heç bir ölkə journalist qatilini öz ölkəsində görmək istəmir.
Qeyd edək ki, bin Salman, Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsindən sonra ilk xarici səfərini dünən Birləşmiş Ərəb Əmirliklərinə edib.
Səudiyyə Ərəbistanı kral divanından edilən yazılı açıqlamada, vəliəhd şahzadənin kral Salman bin Abdulazizin göstərişləri əsasında regional və beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə bəzi Ərəb ölkələrinə səfər edəcəyi bildirilmişdi.
Müxalifət.az