Səudiyyədə qazan qaynayır: HƏRƏKƏTƏ KEÇDİLƏR

Baxış sayı:
6907

Səudiyyə Kral ailəsinin bəzi üzvləri, vəliəhd şahzadə Məhəmməd bin Salmanın növbəti kral olmaması üçün hərəkətə keçib. Bu məqsədlə ölkə içində və xaricində fəaliyyət göstərən müxalif qrupun yeni kral namizədi isə mövcud kral Salman bin Əbdüləzizin qardaşı şahzadə Əhməd bin Əbdüləzizdir. Müxalif qrupa Səudiyyə tayfa üzvlərindən, təhlükəsizlik orqanlarından və Qərb ölkələrindən də dəstək verilir.
 
Camal Qaşıqçı cinayətindən sonra, Ər-Riyadda kral ailəsi arasında vəliəhd şahzadə Məhəmməd bin Salmana qarşı müxalif dalğa güclənir. Müxaliflər, kral Salman bin Əbdüləzizin taxtda olduqca, oğlu vəliəhd şahzadəni qorumağa davam edəcəyini proqnozlaşdırır və kral Salmandan sonra yumşaq keçid ssenarisini hazırlayır.
“Reuters”-in kral ailəsindən üç qaynağa əsaslandırdığı xəbərinə görə, Səud ailəsinin nüfuzlu üzvlərinin ailə üzvləri də yumşaq keçid prosesinə dəstək verir. Kral Salmanın yerinə keçməsi istənilən şəxs isə qardaşı şahzadə Əhməd bin Əbdüləzizdən başqası deyil. 72 yaşlı şahzadə oktyabr ayında Londondakı könüllü sürgündən Ər-Riyada geri qayıdıb.
 
GÜCLÜ DƏSTƏK
 
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın yerinə kral olması üçün şahzadə Əhmədə ölkə içində, kral ailəsi üzvlərindən, təhlükəsizlik orqanlarından və bəzi Qərb ölkələrindən dəstək verildiyini bir Səudiyyəli mənbə də “Reuters”-ə təsdiq edib. Yüksək səviyyəli ABŞ rəsmilərinin də ötən həftələrdə aparılan danışıqlarda Səudiyyə nümayəndələrinə, şahzadə Əhmədə dəstək açıqlamalarına da xəbərdə diqqət çəkilib.
 
AVTOMATİK KEÇİD YOXDUR
 
Xəbərdə, Qərb monarxiyalarının əksinə, Səud ailəsində taxtın atadan oğula avtomatik keçid sistemi olmadığı və tayfa ənənələrinin kralın müəyyənləşdirilməsində təsirinin olduğuna işarə edilib. Xəbərdə Məhəmməd bin Salman vəliəhd şahzadə vəzifəsinə gəldikdən sonra gücü tək əldə toplama səylərinin, Səud ailəsində şahzadə Məhəmmədə qarşı müqaviməti artırdığı bildirilib.
 
MÜXALİFLƏR MÜTƏŞƏKKİL OLUR
 
Qeyd edək ki, keçən həftə özlərinə "Yaxşı İdarəetmə üçün İttifaq Bloku" adını verən bir Səudiyyə müxalif qrup da Əl Cezirə-yə etdiyi açıqlamada, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın ölkəni "tarixi böhranlara sürüklədiyini" və idarə etmək üçün "təcrübəsiz" olduğunu bildirərək vəzifədən alınmasını tələb etmişdi. Müxalif qrup, şahzadə Məhəmmədin yerinə müvəqqəti olaraq şahzadə Əhməd bin Əbdüləzizin vəliəhd şahzadə təyin olunması lazım olduğunu açıqlamışdı.
Müxalifət.az