Suriya kimyəvi silah işlətmir – Səfir
26-08-2018 19:26
Baxış sayı:
3247

Suriya kimyəvi silah arsenalını 2013-cü ildə ləğv edib. Heç vaxt ondan istifadə etməyib və etməyəcək də.
Muxalifet.az xəbər verir ki, bunu Suriyanın Rusiyadakı səfiri Riyad Haddad deyib.
Səfir Qərb tərəfindən Suriyaya qarşı səsləndirilən bəyanatları yalan adlandırıb:
“Bu bəyanatlar keçməyəcək. Onların əllərində bir bəhanə var, o da kimyəvi silah tətbiqidir. Nə vaxt dost ölkələrin yardımı ilə ordumuz torpaqlarımızı azad etmək üçün irəli gedir, o zaman Qərb və ABŞ mane olur”.