Suriyada 3 pilotsuz təyyarə vuruldu
22-08-2018 23:50
Baxış sayı:
1873

Suriya ordusu İdlib əyalətində terrorçulara məxsus 3 ədəd pilotsuz təyyarə vurub. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Atəşkəs Monitorinq Mərkəzinin rəhbəri Aleksey Çıqankov deyib. “Avqustun 21-də Suriya ordusunun hərbçiləri Əbu-Dali yaxınlığında mövqelərinə yaxınlaşan 3 ədəd PUA aşkar ediblər. ZU-23 zenit qurğusu vasitəsilə PUA-lar məhv edilib”, - Çiqankov bildirib.