​Suriyada həbs edilənlər sərbəst buraxıldı - Türkiyə XİN

Baxış sayı:
7996

Astana müqaviləsi çərçivəsində Suriyada həbs edilən bəzi şəxslər qarşılıqlı olaraq sərbəst buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Naziriliyinin bəyanatında qeyd edilib.
“Bu, girov götürülən, qaçırılan insanların sərbəst buraxılması, cənazələrin dəyişdirilməsi və itkin düşənlərin aqibətinin araşdırılması ilə bağlı Türkiyə, Rusiya, İran və BMT-nın iştirakı ilə yaradılan qrupun nəzdində hazırlanan pilot layihə çərçivəsində baş tutub”, - bəyanatda qeyd olunub.
Nazirlik Suriyada tərəflər arasında etibarın artırılması baxımından mühüm addım olan layihənin yeni təşəbbüslərlə davam etdiriləcəyini bildirib.