​Suriyaya kimyəvi hücumla bağlı iddialara cavab: Qorxulu...

Baxış sayı:
3364

Müxaliflərin İdlibə kimyəvi hücum təşkil edəcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır.
Muxalifet.az xəbər verir ki, bunu Suriya Mülki Müdafiə Qüvvələrinin sözçüsü Xalid Hatip deyib.
"Rejim və tərəfdarlarının ortaya atdığı bu fikir qorxuludur. Bu yalan iddialar bizim etibarımızı sarsıtmağa hesablanıb. Sözügedən açıqlamaları mülki şəxslərə qarşı təhdid kimi qiymətləndiririk", - sözçü bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov yaxın günlərdə müxaliflərin Suriyada kimyəvi hücum həyata keçirəcəyini iddia edib.