Tansu Çillərdən Akşənərə SƏRT CAVAB

Baxış sayı:
7081

İyi Partiyanın sədri Akşənərin sosial mediaya əsaslandırdığı, "Tansu Çillər demişdi ki, Maral Akşənər 28 fevralda dövlət sənədlərini ABŞ-a satdı" iddiasına Çillərdən sərt açıqlama verilib. Çillər, "Adım üzərindən siyasi xal qazanmağa çalışma" deyib.
 
Sosial mediada Çillərin onunla bağlı bir sıra iddialarda olduğunu deyən Akşənər, Çilləri bunu açıqlamağa dəvət edib. Akşənərin bu ifadələrindən sonra keçmiş baş nazir Tansu Çillər, sosial mediada adının istifadə edilərək edilən açıqlamaların ona aid olmadığını bildirib.
 
ADIM ÜZƏRİNDƏN SİYASİ XAL QAZANC ARXASINCA QAÇMASIN
 
Çillər, etdiyi yazılı açıqlamada, "Mənim tərəfimdən edilməyən heç bir açıqlama mənə aid deyil. Həmçinin heç kəs mənim adım üzərindən siyasi qazanc arxasınca qaçmasın. İctimaiyyətin diqqətinə hörmətlə təqdim olunur" deyə, yazıb.
 
AKŞƏNƏR NƏ DEMİŞDİ?
 
Qeyd edək ki, sosial media şayiələri üzərindən Çilləri hədəfə alan Maral Akşənər, "Sosial mediada bir şey dolanır. Tansu Çillər demişdi ki, Maral Akşənər 28 fevralda dövlət sənədlərini ABŞ-a satdı. Buradan elan edirəm. Çillər bu açıqlamanın doğru və ya yalan olduğunu izah etmək məcburiyyətindədir" demişdi.
Müxalifət.az