Təcavüz edilən uşaqlara görə üzr istəyirəm - Papa
26-08-2018 20:24
Baxış sayı:
3454

Roma Papası Fransisk katolik din adamları tərəfindən təcavüzə məruz qalan azyaşlılara görə hər kəsdən üzr istəyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Papa İrlandiyada xalqa müraciəti zamanı danışıb.
"İstismara məruz qalan gənclərin, azyaşlıların yaşadığı olay bizə çox pis təsir edir. Baş verənlərə görə qurbanların özlərindən, ailələrindən, tanrıdan əfv diləyirəm", - Papa deyib.