Tel Rifata TÜRK VALI TƏYİN OLUNDU: TÜRK ƏSGƏRİ BÖLGƏYƏ GİRİR

Baxış sayı:
4870

Afrindən sonra terrorçularının böyük hissəsi Tel Rifata keçən PKK-nın region daxilində varlığına son qoyulub. Türk və Rus nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində PKK ilə bərabər Əsəd güclərinin də bölgədən çıxması məsələsində razılıq əldə olunub. Bununla da Türkiyə Tel Rifata koordinator vali təyin edib. Türkiyənin Suriya ilə həmsərhəd bölgəsi olan Kilis vilayətinin valisinin müavini işləyən Məhəmməd Qaya, Tel Rifatda koordinator vali olaraq vəzifələndirilib. Tel Rifat qəsəbə mərkəzindən və 19 kənddən əvvəl PKK, sonra isə Əsəd qüvvələri çəkilib. Çəkilmələrdən sonra Türkiyə Tel Rifata koordinator vali təyin edib. Kilis valisinin müavini olan Məhəmməd Qaya, Tel Rifatda koordinator vali olaraq vəzifələndrilib. Türk qoşunlarının bölgəyə daxil olmasının an məsələsi olduğu bildirilib. PKK-nın təzyiq və zorakılığından qaçaraq düşərgələrə sığınan 55 min Tel Rifatlı ilə 30 min Münbiçli əhali evə dönüş hazırlıqlarına başlayıb. Tel Rifatın Məclis sədri Bəşir Aleyto, işğaldan ən böyük əziyyət çəkən minlərlə əhalinin yenidən evinə qayıdacağını deyib. Tel Rifata ilk mərhələdə 200 ailənin qayıdacağı, sonra bu rəqəmin mütəmadi olaraq artacağı bildirilir. Müxalifət.az