Terror partiyasından CHP-yə çağırış: “Gəlin bərabər, birlikdə edək"

24 iyun seçkilərində terror təşkilatı PKK-nın siyasi qanadı HDP-ni Böyük Millət Məclisinə daşıyan CHP, bələdiyyə seçkiləri ərəfəsində də əli qanlı terror təşkilatının partiyasıyla yaxınlaşıb.
İki partiya arasındakı əlaqəni HDP-nin həmsədri Sezai Temelli dilə gətirib.
TERROR PARTİYASINDAN CHP-yə ÇAĞIRIŞ
“Gəlin bərabər, birlikdə edək" deyən Temelli, "HDP qapılarını hər kəsə açıq saxladı, yenə açıq saxlayacaq. Müttəfiqlərimizin əsaslandığı əsas xətt budur. 24 iyunda yarımçıq qalmış işi yerli seçkilərdə edək. Bələdiyyə seçkiləri bu işin ikinci turu olsun" deyə, CHP-yə çağırış edib.
Qeyd edək ki, CHP-nin İstanbul millət vəkili Sezgin Tanrıkulu da yerli seçkilərdə bütün partiyalarla ittifaq edilməsi lazım olduğunu bildirərək, terror partiyası HDP-yə isti baxdığını dilə gətirmişdi.
Müxalifət.az