Terror təşkilatları bir birinə girdi: İŞİD, YPG-yə 3 istiqamətdən hücum etdi

Baxış sayı:
2677

Suriyada terror təşkilatı İŞİD, terror təşkilatı PKK/YPG-nin əsasısını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDG) üç istiqamətdən hücum başladıb. Toqquşmalarda 47 SDG-li, 39 İŞİD terrorçusu ölüb. PKK-lıları qorumaq istəyən ABŞ təyyarələrinin təşkil etdiyi hücumlarda da 17 mülki əhali tələf olub.
 
Suriyanın İraqla sərhədindəki Deyrizor vilayətində terror təşkilatı İŞİD ilə terror təşkilatı PKK/ YPG-nin çatı təşkilatı olan Suriya Demokratik Qüvvələri (SDG) arasındakı toqquşmalar şiddətlənərkən hər iki tərəf itkilər verir. London mərkəzli Suriya İnsan Haqları Təşkilatının hesabatına görə, İŞİD döyüşçülərinin üç istiqamətdən Əl Sərhəd Qalası və Gharanij kəndlərinə təşkil etdiyi hücumlarda SDG-dən 47 hərbiçi ölüb. ABŞ təyyarələrinin dəstəyilə SDG-nin İŞİD-a verdiyi cavabda isə İŞİD-ın 39 üzvünün öldürüldüyü bildirilib. Yenə eyni münaqişələrdə ABŞ təyyarələrinin vurduğu ərazilərdə 17 mülki əhalinin həyatını itirdiyi qeyd edilib. İŞİD-ın nəzarətində olan bölgələrdə həyatını itirən mülki vətəndaşlardan 5-in uşaq olduğu açıqlanıb.
Müxalifət.az