Terror yuvası QƏNDİL “TERMİNATOR”-la VURULDU

Baxış sayı:
6346

Türk Hava Qüvvələrinin Qəndil və ətrafını bazar günü 20 təyyarə ilə 14 kritik hədəfi vurmasından sonra, dünən də Qəndil, Hakurk və Avaşin-Basyan döyüş təyyarələrinin hədəfi olub.
 
"Hava-yer” güdümlü olan və "Terminatör kimi tanınan F-4 2020 təyyarələrinin çoxluq təşkil etdiyi və F-16-ların da iştirak etdiyi hava hərəkatlarında, terror təşkilatı PKK-nın sığınacaq, silah mövqeyi və sursat anbarı kimi istifadə etdiyi 12 hədəf, lazer güdümlü həssas bombalarla vurularaq məhv edilib.
 
İRANA DOĞRU QAÇIŞ
 
Türk Silahlı Qüvvələri (TSQ), çətin coğrafi şərtlər səbəbiylə bölgədə hava hərəkatlarına üstünlük verərkən, quru qoşunlarının Qəndil istiqamətinə irəliləmə əməliyyatı da davam edir. Sərhəddən 30 kilometrə qədər dərinliyə irəliləyən Xüsusi Təyinatlılar, ələ keçirdikləri yerlərdə baza qurma işlərini davam etdirir. TSQ və MİT-in kəşfiyyat ünsürləri də regionda koordinasiya içində çalışaraq, terror təşkilatının liderlərinin İran istiqamətinə doğru qaçdığı məlumatlarını müəyyənləşdiriblər.
Müxalifət.az