Terrorçu usagı özünə sipər etdi, polis atəş aça bilmədi

Baxış sayı:
3613

Məlumatlara görə, Türkiyənin Batman əyalətində Hilal məhəlləsində daha əvvəldən bir PKK-lı terrorçunun evdə olduğunu təsbit edən polis dəstələri evə basqın təşkil edib.
 
KÖRPƏNİ SİPƏR ETDİ, POLİS ATƏŞ AÇMADI
 
Basqında polis dəstələri ilə bir terrorçu arasında atışma olub. Qarşıdurma əsnasında terrorçunun bir körpəni özünə sipər etdiyi və bu üzdən polisin atəş edə bilmədiyi bildirilib.
Baş verən qarşıdurmada bir polis məmuru yaralanarkən, terrorçu da məhv edilib. Terrorçunun üzərində bir tapança və iki əl bombası ələ keçirilib. Polis dəstələri məhəlləni mühasirə alaraq hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb.
Yaralı olaraq xüsusi bir xəstəxanaya qaldırılan polis məmuru 3 uşaq atası Birol Öztəkin həkimlərin bütün səylərinə baxmayaraq şəhid olub.
Müxalifət.az