Terrorçubaşı Karayılandan təlimat: CƏSƏDLƏRİ YANDIRIN

Son 18 ayda 8 mindən çox terrorçunun zərərsizləşdirilməsindən sonra terrorçubaşı Murat Karayılan simsiz rabitə vasitəsi ilə terror təşkilatıı üzvlərinə itkilərin gizlədilməsi tapşırığını verib.
PKK-nın LİDER HEYƏTİNƏ AĞIR ZƏRBƏ
Son 18 ay ərzində 4570-i Afrində olmaqla, aralarında qırmızı siyahıdan 10, mavi siyahıdan 17, yaşıl siyahıdan 26, narıncı siyahıdan 21 və boz siyahıdan 173 olmaqla, cəmi 8249 terrorçu zərərsizləşdirilib. Məcbur olan terror təşkilatının Qəndildəki başçıları, terrorçu qruplar arasında baş verən əhval pozğunluğunun qarşısını almaq üçün öldürülən terrorçuları və saylarını gizlətmə qərarı alıb.
CƏSƏDLƏRİ ORTADA BURAXMAYIN
Qəndildəki təşkilat başçısı Murat Karayılanın terrorçu qrupların başçılarına simsiz rabitə vasitəsi ilə göstəriş verib. Karayılanın "Nə bahasına olursa, olsun, ölülərin Türk əsgərinin əlinə keçməsinə imkan verməyin. İtki məlumatı ROJ (Qəndil baş sismsiz rabitəsi) kanallarından (bütün terrorçuların qulaq asdığı əl simsiz rabitəsi) verilməyəcək" dediyi müəyyənləşdirilib. Xüsusi xidmət orqanlarının hazırladığı hesabata görə, aparılan əməliyyatlarda öldürülən terrorçuların cəsədlərinin qaçırılıb, gizlədilməsi əmrini də verib. Hesabatda təşkilatın Afrində “Zeytun Budağı” hərəkatı zamanı öldürülən terrorçuları kütləvi çuxurlara basdıraraq gizlətmə taktikasını Türkiyə sərhədləri daxilində də etmə qərarı alındığına yer verilib. Hesabata görə, ötən çərşənbə gecəsi Rojhat simsiz kodu ilə danışan Murat Karayılan, İraqın şimalındakı və Türkiyə sərhədindəki terrorçu qruplara bu göstərişi verib: "Sizə qəti əmrimdir. Meydançada ölülərin əsgərin əlinə keçməsinin qarşısını alın. Basdırın, uçurumdan atın, yaxın, qaya oyuqlarına salın, daşların altına, mağaralara, meşə sahələrinə basdırın. Cəsədləri yandırın və ortada buraxmayın".
Müxalifət.az