Terrorçular ABŞ-ın onlar üçün hava qalxanı yaratdığını təsdiqlədi

Baxış sayı:
652

Terror təşkilatı YPG-nin işğalı altındakı Kobani və Hasəkə şəhərlərində ABŞ-ın elektron radar sistemi qurduğu irəli sürülüb. ABŞ-dan məsələyə dair açıqlama verilməsə də, YPG, iddianı təsdiq edib.
 
ABŞ-ın Kobani və Hasəkədə elektron radar sistemi qurduğu iddiaları, terror təşkilatı PKK/YPG-yə yaxın sosial media hesablarında yer alıb. İddialara görə, radar sistemi hərbi nəqliyyat təyyarələri ilə regiona gətirilib və Amerika əsgərləri tərəfindən montaj edilib.
 
TERRORÇULAR TƏSDİQLƏDİ: PLANLAŞDIRDIĞIMIZ STRATEGİYALARDAN BİRİDİR
 
ABŞ-dan iddialara dair bir açıqlama hələ də verilməsə də, bölgədəki terror ünsürlərinə yaxın “IMP News”-a açıqlama verən YPG sözçüsü Nuri Mahmud radar sisteminin yaradıldığı məlumatını təsdiq edərək, "Koalisiya ilə mütabiq olduğumuz bəzi məsələlərdən biri əlimizdəki Şimali Suriyanın təhlükəsizliyinin təmin edilməsi, hava hücumlarına qarşı qorunmasıdır. Hava müdafiə sistemi Koalisiyayla planlaşdırdığımız strategiyalardan biridir" deyib.
 
BÜTÜN "TƏHDİDLƏRƏ" QARŞI QORUMA!
 
Mahmud, hava hücumu təhdidləri mövzusunda ABŞ ilə həmfikir olduqlarını ifadə edərək "Koalisiya radarların yerləşdirilməsi ilə əhəmiyyətli bir addım atdı. Bu müsbət bir addımdır, regionun bütün təhdidlərə qarşı qoruma altına alınması lazımdır" deyə, bildirib.
 YPG sözçüsü, bunun eyni zamanda Suriyanın bütövlüyü və sabitliyi üçün də lazımlı olduğunu, bu addımla öz bölgələrini də zəmanətə aldıqlarını irəli sürüb.
Müxalifət.az