Terrorçular ABŞ-a yalvardı: BURADAN GETMƏYİN!

Baxış sayı:
625

PKK-nın Suriya qolu YPG, bölgənin şimalındakı mövcudluğunun sona çatmaması üçün ABŞ-ın da meydançada qalması lazım olduğunu bildirib.
 
“Zeytun Budağı” və “Fərat Qalxanı” hərəkatları ilə sonlarına yaxınlaşan PKK-nın Suriya davamı YPG, regiondakı mövcudluğunu davam etdirə bilmək üçün ABŞ-ın da Suriyadan çıxmaması lazım olduğunu bəyan edib.
 
ABŞ REGİONDA QALMALIDIR
 
Suriyadakı keçid prosesində rejimə qarşı bir təzyiq ünsürü yaratmaq üçün ABŞ-ın bölgədən ayrılmaması lazım olduğunu bildirən YPG-li rəsmiləri, bölgədəki ünsürlərini itirməmək üçün ABŞ təminatı altında qalmaları lazım olduğunu söyləyib.
PYD rəhbəri Əhməd Əbdüssəlam, "Amerikalıların mövcudluğunun davamı, rejimi güzəştə getməyə və Suriya Demokratik Məclisi (SDM) ilə ciddi müzakirəyə məcbur edəcək" deyib.
 
YPG TÜRK ƏSGƏRİNDƏN QORXUR
 
YPG-Lİ terrorçuların bu açıqlamanı verməsindəki əsil həqiqət, Suriyanın şimalında yerləşən və Türkiyənin təmizlədiyi bölgələrdir. Xüsusilə Türkiyə sərhədini terrordan təmizləyən Türk əsgəri, bir sonrakı hədəf kimi Kobanini müəyyən etmiş, bu da Suriyadakı terror varlığının sona çatdırılması anlamına gəlir.
YPG üçün yaxınlaşan sonu hiss edən təşkilatın idarəçiləri bu məqamda ABŞ-ın onları yarı yolda buraxmasından narahatdır və regiondan tamamilə getməsindən qorxur.
Müxalifət.az