Terrorçulardan ŞOK ETİRAFLAR - "Nəticə olaraq hamısı PKK-ya bağlıdır"

"Terror təşkilatı üzvü olmaq", "terror təşkilatı adından hərəkət və fəaliyyət göstərmək" cinayətlərindən həbs olunan C.K. adlı terrorçu ifadəsində, 2013-də PKK-ya qoşularaq müxtəlif hərəkət və fəaliyyət göstərdiyini bildirib.
PYD/YPG-yə dəstək olmaq üçün 2015-in fevralında yoldaşı ilə qeyri-qanuni yollarla Afrinə getdiyini bildirən C.K, "Məftilli hörgüdən Suriyaya keçəndə təşkilatın verdiyi narkotik (metamfetamin) maddəsini istifadə etdik, daha cəsarətli olmaq üçün. Getdiyimiz kənddə bizi YPG-lilər qarşıladı. Səhər olunca Afrinə getdik və orada YPG paltarı geyinib, təlimə başladıq. Daha sonra YPG adına müxtəlif fəaliyyət göstərdik. Daha əvvəl Suriyaya keçən dostum H.S. isə bildiyimə görə, Kobanidə YPG tərkibində döyüşlərdə ölüb" deyə etiraf edib.
Məhbus terrorçu O.Ö. də PKK adına Türkiyədə müxtəlif fəaliyyət göstərdikdən sonra 2017-də təşkilatın göstərişi ilə Suriyaya keçdiyini qeyd edib.
Terror təşkilatının beynəlxalq aləmdə çətinə düşməmək üçün müxtəlif adlar istifadə etdiyinə diqqəti çəkən O.Ö, "HPG, PKK/KCK-nın silahlı qoludur, YPG isə Suriya davamıdır. Bu iki təşkilatın bir-birindən fərqi yoxdur. Bunlar rəsmi olaraq bilinməsin deyə fərqli olaraq adlandırılmışdır. İkisi də PKK/KCK-ya bağlıdır" deyib.
PKK-dan YPG-yə keçənlər “kadr” adlandırılır
Həbs olunan terrorçu A.Ö. isə PKK və YPG-nin məqsədlərinin ümumi olduğunu vurğulayıb.
Türkiyədə PKK adına hərəkət və fəaliyyət göstərdikdən sonra Suriyaya keçərək YPG-yə qoşulan terrorçuların daha çox dəyər gördüyünü ifadə edən A.Ö., bu məlumatları bölüşüb:
“Bu taktikanın məqsədi Türkiyədən Suriyaya daha çox adamın gəlməsini təşviq etməkdir. Çünki hər iki təşkilat də bir-biri ilə bağlıdır və eyni ideologiyaya inanır. Türkiyədə fəaliyyət göstərib, Suriyada YPG-yə qoşulanlar “kadr” adlanır və bunlar YPG-də adətən rəhbər mövqeyindədir və dəyərlidirlər".
Həbs olunan Suriyalı F.K. isə təşkilatın içində PKK, PYD, YPG, HPG, SDG kimi ayrışmanın olmadığını vurğulayıb.
Bütün bu təşkilatların PKK-nın əmrində olduğunu izah edən terrorçu F.K, "Suriyada HPG əslində YPG-nin yüksək qurumudur. Orada HPG tərəfindən alınan silahlı aksiya qərarları YPG tərəfindən aksiyaya çevirilir. Nəticə olaraq hamısı PKK-ya bağlıdır. PKK rəhbərlərindən xəbərsiz heç bir aksiya olmaz. Bütün aksiya və fəaliyyətlər onların biliyi və istəyi daxilindədir" deyə bildirib.
Müxalifət.az