Tələyə qısıldılar! TERROR TƏŞKİLATI YPG-dən YENİ HƏMLƏ

Baxış sayı:
9610

Terror təşkilatı PKK/YPG, Əsəd rejimi ilə heç bir şərt qoymadan dialoqa hazır olduqlarını bildirərək, problemlərin dialoqla həll edilməsini istəyir.
 
Türkiyə, “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatından sonra növbəti hədəf kimi Münbiçi göstərmişdi. Bu istiqamətdə "Münbiçə gir" əmrini gözləyən Türk əsgəri sərhəddə hazırlıqlarını tamamlarkən, digər tərəfdən də Ankara ilə Vaşinqton arasında diplomatiya yolu intensivləşdi.
 
TÜRKİYƏ-ABŞ RAZILAŞDI
 
Danışıqlardan sonra terror təşkilatı YPG-nin bölgədən çəkiləcəyi açıqlanarkən, ABŞ-ın İŞİD ilə mübarizə çərçivəsində YPG terrorçularına verdiyi silahların da geri alınacağıbildirildi.
 
YPG-dən ƏSƏDƏ “GÖRÜŞMƏYƏ HAZIRIQ” MESAJI
 
ABŞ-ın ortada qoyduğu terror təşkilatı da özü üçün problemin həllini Əsəd rejimi anlaşmaqda tapdı. Terror təşkilatı YPG-dən edilən açıqlamada, Suriyada hərbi üsulların münaqişənin həllinə əngəl olduğu və ölkədə böyük təhlükələrə zəmin hazırladığı bildirilərək, Suriya hökumətinin onlarla görüş məsələsində fikrinin müsbət olduğu vurğulanıb.
Müxalifət.az