Toyuna 10 gün qalmış başqa qızla qarajda boğulub öldü - YENİLƏNİB

Baxış sayı:
1822

Bakıda toyuna cəmi 10 gün qalmış başqa qızla qarajda görüşərkən mühərriki işlək vəziyyətdə olan avtomobildə  dəm qazından həmin qızla birlikdə boğulub ölən Elvin Zeynalov futbolçu olub. O, Azərbaycan Mini Futbol Assosiasiyasının "Bakcell"in baş sponsorluğu ilə təşkil etdiyi "Alfa Liqa" mini futbol çempionatında yarışan "İCE" adlı komandanın qapıçısı imiş. Bu haqda məlumatlar xəbər agentliklərində həmin liqanın oyunları barədə xəbərlərdən birində yer alır. Habelə E.Zeynalovun yas mərasimi zamanı onun "Alfa" loqosu qarşısında çəkilmiş və üzərinə qara lent vurulmuş fotosu asılıb.

***
Toyuna hazırlaşan oğlan sevgilisilə qarajda öldü

Bakıda sevgililər qarajda boğularaq ölüb.
Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib. Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.
Avtomobil K.Əhədovaya məxsus olub. Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlülk də məhz maşının qazından ölüb.
Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib. Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.