Tramp hədələdi: HESABINI ÖDƏTDİRƏCƏM

Baxış sayı:
4330

Özünəməxsus çıxışları ilə G7 Sammitinin mahiyyətini dəyişdirən ABŞ prezidenti Donald Tramp, Qərbli ortaqlarını Twitter üzərindən bombardmana tutun. Tramp ölkəsini həm NATO, həm də iqtisadi sahədə aldadan dostlarına hesab ödədəcəyini deyib.
 
Dünyanın ən böyük yeddi sənaye ölkəsini bir araya gətirən G7 Sammitinin xəyal qırıqlığı ilə nəticələnməsinin üstündən iki gün keçməsinə baxmayaraq sammitin yaratdığı əks-sədalar dünya mətbuatında yer almağa davam edir.
ABŞ prezidenti Tramp, G7 ölkələrinə yönəlik Twitter bombardmanına dünən də davam edib. Mesajlarında ABŞ-ın başda G7 ölkələri olmaqla, bir çox siyasi tərəfdaşına qarşı ticarət kəsiri verdiyinə işarə edən Tramp, "Əgər qarşılıqlı olmayacaqsa, ədalətli ticarətə bundan sonra axmaq ticarət demək lazımdır" deyib. Amerikaya, xüsusilə dostları tərəfindən böyük haqsızlıq edildiyini deyən Tramp, "800 milyard dollar ticarət açığımız var. Başqalarının haqsız ticarət əlavələri əldə etməsinə niyə icazə verim? Kimsə qüsura baxmasın, dostlarımızın və düşmənlərimizin ticarətdə bizdən istifadə etmələrinə artıq yol verə bilmərəm. Amerikan fəhləsi hər şeydən əvvəl gəlməlidir" deyib.
 
AVTOMOBİL HƏDƏFDƏ
 
ABŞ 2017-də 359 milyard dollar dəyərində avtomobil və ehtiyat hissə almasına baxmayaraq yalnız 158 milyard dollar dəyərində avtomobil ixrac olunub. Trampın xarici ticarət kəsirində ən böyük qələmi təşkil edən avtomobil məsələsi ilə Sinqapur Zirvə Toplantısından sonar məşğul olacağı güman edilir. Bu sahədə ABŞ-a 20 milyard dollar dəyərində avtomobil satan Almaniya Trampın hədəf alacağı ölkələr sıralamasında ilk sırada yer tutacağı gözlənilir. Yüksək miqdarda ticarət artığı verməsinə baxmayaraq müdafiə xərclərini NATO-ya yükləməklə günahlandırdığı Almaniyaya yönəlik tənqidlərini sərtləşdirən Tramp, "ABŞ, bizi ticarətdə aldadan bir çox ölkəni müdafiə etmək üçün, NATO-nun xərclərinin demək olar ki, hamısını ödəyir. Onlar bunun çox kiçik hissəsini ödəyirlər və bizimlə məzələnirlər. Müdafiə üçün daha çox ödəniş etmələri lazımdır" deyib. Trampın gələcək həftələrdə bir çox sahədə hədəf almağa hazırlaşdığı Almaniyada isə əndişəli bir gözləmə var.
Müxalifət.az