Tramp onları güllələməyi ƏMR ETMİŞDİ: son anda...
25-11-2018 00:57
Baxış sayı:
2707

Meksika ABŞ tərəfinə keçmək istəyən miqrantları müvəqqəti özündə saxlamaq barədə razılaşdı.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri yazıb.
Nəşrin məlumatına görə, Meksika hakimiyyəti ABŞ prezidenti Donald Tramp administrasiyasının təklifi ilə razılaşıb. Miqrantlar onlara ABŞ ərazisində sığınacaq verilməsi barədə qərar verilənə kimi Meksikada qalacaqlar.
Qeyd edilir ki, Ağ Ev xəbəri hələ rəsmi şərh etməyib.
Qeyd edək ki, daha əvvəl Tramp yenidən Meksika-ABŞ sərhədini bağlamaqla hədələyib. Bundan başqa, o bildirib ki, Amerika hərbçiləri ehtiyac yaranacağı halda, Meksika ilə sərhəddə dayanan miqrantları güllələyəcəklər.