TRAMP: "Putin ilə görüşümüz pis nəticələnməyəcək"
16-07-2018 12:11
Baxış sayı:
4147

Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezindenti Vladimir Putin ilə bu gün Helsinkidə keçirəcəyi görüşdən “pis nəticələr çıxmayacağını” bildirib.
CBS-yə müsahibə verən Tramp Helsinkidəki görüş barəsində sualın cavabında deyib: “Putin ilə görüşümdən pis nəticə çıxmayacaq, bəlkə də yaxşı nəticələr çıxacaq”.
Tramp “Deyli Meyl” qəzetinə müsahibəsində Putini ona xasiyyətnamə verəcək şəkildə yaxşı tanımadığını, lakin onunla “yaxşı yola gedəcəyinə ümid elədiyini” bildirib(hurriyyet.org).