TRAMPA BASQILAR ARTIR: "Türkiyə ilə böhranı aşmağın yolunu tap" - ABŞ-da ARZUOLUNMAZ SSENARİ XOFU

Baxış sayı:
2194

“Amerikanın səsi” xəbər platformasında, Türkiyə ilə ABŞ arasındakı böhranla bağlı xüsusi proqram hazırlanıb. Bir çox siyasətçi və alimin fikir bildirdiyi proqramda ABŞ-ın keçmiş müdafiə naziri və keçmiş MKİ rəhbəri Leon Panettanın sözləri diqqət çəkib.
 
Panetta, Amerika və Türkiyənin 21-ci əsrdə təsirli olmaq üçün bir-birinə ehtiyac duyduqlarını qeyd edib. Panetta, keşiş Brunson böhranı və əlavə gömrük tarifi tətbiq etməsi kimi problemlərin iki ölkənin arasını açdığına şübhə olmadığını, ancaq daha əvvəl də baş verən böhran şəraitlərini aşmağın hər zaman bir yolunun olduğunu qeyd edib. Türkiyənin hər zaman İslam dünyasında güc sahibi olduğunu xatırladan Panetta, Türkiyənin Yaxın Şərqdəki yerinin bu baxımdan İrandan fərqli olduğunu deyib.
 
ABŞ-ın İSTƏMƏYƏCƏYİ SSENARİLƏR
 
Panettaya görə, Türkiyənin özünü həm Avropa, həm də Yaxın Şərqə yaxın görməsi, Amerika üçün mühümdür. Prezident Trampın keşiş Brunsonın sərbəst buraxılması məsələsində Amerikanın güzəştə getməyəcəyini xatırladan proqram aparıcısı Van Susteren, Panettaya bundan sonra bu məsələdə nə kimi irəliləyişlər baş verməsini gözlədiyini soruşub. Panetta, Trampın bəzi məsələlərdə son dərəcə sərt olduğunu, Brunson məsələsinin də bunlardan biri olduğunu söyləyib. Ancaq Panettaya görə, Türk iqtisadiyyatının qlobal iqtisadiyyatı təhdid edəcək şəkildə zəifləməsi, Türkiyənin ABŞ-ı İncirlik Hərbi Hava Bazasını bağlamaqla təhdid etməyə başlaması ehtimalı, Amerika baxımından gerçəkləşməsi arzu olunmayan ssenarilərdir. Panetta bu səbəblə hər iki tərəfin Brunson məsələsini diplomatik yollarla həll etməsi lazım olduğunu qeyd edib.
 
YAXINLAŞMA DAVAM EDƏCƏK
 
Aparıcı Van Susterenin Panettaya yönəltdiyi bir başqa sual isə Türkiyənin NATO-dan çıxa biləcək səviyyədə Rusiyaya yaxınlaşmasının mümkün olub-olmadığı ilə bağlı olub. Panettaya görə, Amerikayla pozulan münasibətlər belə davam etdikcə Rusiya-Türkiyə yaxınlaşması da davam edəcək. Və Türkiyə Rusiyaya söykəndikcə Yaxın Şərqdə liderlik axtarışı içində olan başqa ölkələr də üzünü Rusiyaya döndərəcək.
Müxalifət.az