Trampa Türkiyə xəbərdarlığı: FƏLAKƏT OLAR!

ABŞ prezidenti Donald Trampın Türkiyə əleyhinə atdığı birtərəfli addımlar və təhdid siyasəti ABŞ-da da mübahisə yaradıb.
NATO-nun keçmiş Avropa Müttəfiq Ali Komandanı Admiral Ceyms Stavridis, “Bloomberg”-ə keçən həftə verdiyi müsahibədə, keşiş Endryu Brunson böhranının ancaq diplomatik yollarla həll edilə biləcəyini söyləyib. Stavridis, Trampın Brunson məsələsində addımlar atarkən Türkiyənin NATO ittifaqı üçün əhəmiyyətini nəzərdən qaçırılmamasının lazım olduğunu bildirib.
RUSİYA HƏYƏCANI
Türk ordusunun Əfqanıstandan Liviyaya qədər NATO-ya verdiyi töhfələri gözləri ilə gördüyünü qeyd edən Stavridis, belə söyləyib: "Bu problemə bir nömrəli həll, Türkiyəyə bir səfir təyin etməkdir. Hələ də orada elçimiz yoxdur. Bu məsələni diplomatik şəkildə həll etməliyik". Türkiyənin NATO-dan çıxması ehtimalını 10 faiz gördüyünü qeyd edən Stavridis, bu ehtimalın müzakirə edilməsinin belə onu şoka saldığını, çünki bunun olduqca qayğı verici bir hadisə olacağını söyləyib. Türkiyənin son günlərdə Rusiya ilə yaxınlaşmasının narahatçılıqları daha da artırdığını qeyd edən Stavridis, Türkiyənin NATO-dan ayrılmaması üçün arqumentləri də sadalayıb: "Birincisi, Türkiyənin böyüklüyü. Türkiyə NATO-dakı ən böyük ikinci orduya sahibdir. İkincisi, geosiyasi baxımdan ən problemli regionun sərhədində yerləşirlər. Üçüncüsü, simvolik olaraq, bu günə qədər çox önə çıxacaq bir ölkə NATO-dan ayrılmadı. Bu NATO üçün fəlakət olar".
Müxalifət.az