Trampdan evangelist liderlərə “Brunson” yeməyi!

ABŞ prezidenti Donald Tramp, Ağ Evdə adətən böyük dövlət liderləri üçün təşkil olunan dövlət yeməyini bu dəfə ölkənin 100 mühüm evangelist lideri və xanımları üçün verdi.
Daxili siyasətdə çox sıxılmış vəziyyətdə olan Tramp ətrafını bürüyən çətinliklərdən xilas olmağın açarı kimi gördüyü evangelistərə yenidən can halqa kimi sarıldı.
Ağ Evdə ümumiyyətlə, başda böyük dövlət liderləri üçün təşkil olunan dövlət ziyafəti bu dəfə ölkənin 100 mühüm evangelist lideri və xanımları üçün bazar ertəsi axşamı verilib. Adətən Trampın bu cür tədbirlərinə artıq qatılmayan xanımı Melania Tramp da dövlət ziyafətinə qatılıb. Bu da Trampın bu görüşə nə qədər önəm verdiyinin göstəricisi olaraq görüldü. Çünki kabinetinin üçdə birinin də ziyafətə qatılması hazırkı dövlət quruluşunun da bu məsələyə nə qədər önəm verdiyinin göstəricisidir. Yeməyin rəsmi əsası olaraq dövlətin evangelistlərin cəmiyyət həyatına verdiyi töhfələri dəyərləndirmək olduğunu deyib.
Təbii ki, əsas səbəb Trampın ətrafını əhatə edən problemlərdən və yaxınlaşan seçkilərdə Konqresdə çoxluğu demokratlara uduzmaq riskindən xilas olmaq üçün bu son çarəyə əl atmış olmasıdır. Bu arada prezident Trampın hər həftə müəyyən bir gündə Mayk Pens, xarici işlər naziri Pompeo, ədliyyə naziri Cef Sessions və təhsil naziri Betsy Devosun da qatılmasıyla Ağ Evdə evangelist bir din adamının dua seansları keçirməyə başladığı da danışılır Vaşinqtonda.
Bazar ertəsi axşamı Vaşinqtonda baş verənlər də göstərdi ki Trampın bu vəziyyəti davam etdikcə keşiş Brunson böhranının ölkənin gündəmindən düşməsi mümkünsüzdür. Çünki Tramp rasional bir müstəviyə keçib, problemlərə çarə axtara bilmir. Öz problemləri və daxili siyasət qorxuları onu bu dalan küçəyə salmış və sıxışdırmış vəziyyətdədir. Evangelistlərlə keçirilən hər bir görüşdə təbii ki, Türkiyə məsələsi mütləq keşiş Brunson kontekstində açılır. Evangelist kütlənin bu məsələdə gözləntisi çox yüksəkdir, Tramp da bu səbəbdən məsələni həll etmək, həm də bunu sürətli etmək məcburiyyətində hiss edir özünü.
Amerikada son edilən bir sosial araşdırmasına görə evangelistlerin 41 faizi siyasətlərindən razı olmasalar da, Trampı dəstəkləməyə davam edəcəklər.
Evangelistlər adətən çox reaksiya verdikləri evli bir adamın həyat qadınları ilə əlaqəsi məsələsini də Tramp söz mövzusu olduğunda başa düşmürlər. Onlar üçün bu əlaqələri ortaya çıxan Trampın prezidentliyi hər şəraitdə davam etdirməsi hər şeydən daha əhəmiyyətlidir. Ona görə bu prinsiplərini də Prezidentlik üçün görməməzlikdən gəlməyə razıdırlar.
Sərdar Turgut – Habertürk
Tərcümə etdi: Müxalifət.az