Trampdan Fransaya gözdağı: Fransanın yanmasını televiziyadan izləyirəm

Baxış sayı:
5599

ABŞ prezidenti Donald Tramp, Avropanın ordu qurmaqdan əvvəl NATO-ya hərbi bağlılıqlarını yerinə yetirib, pul ödəmələri lazım olduğunu açıqlayıb.
 
ABŞ ilə Avropa arasında ordu böhranı davam edir. Fransa prezidentinin “Avropa ordusunun yaradılması” fikrinə Donald Trampın qəzəbi davam edir. Mövcud vəziyyətdə Avropanın da qoruyucusu mövqeyində olan ABŞ-dan uzaqlaşmağa çalışarkən, Avropaya Trampdan yeni bir təpki səslənib.
 
“ÖNCƏ PULU ÖDƏYİN”
 
Donald Tramp, verdiyi açıqlamada, Aİ-nin NATO qoruması üçün ABŞ-a pul ödəməsi lazım olduğunu bildirib. Tramp, "Parisin yandığını televiziyadan izləyirəm. Avropanın hərbi qoruma qarşılığında bizə pul ödəməsi lazımdır. Ticarətdə bizdən istifadə edirlər, ancaq NATO bağlılıqlarını yerinə yetirmirlər. Bu vəziyyət dərhal dəyişməlidir" deyib.
Avropa ordusuna qarşı NATO-ya bir az daha çox investisiya qoyulmasını tələb edən Tramp, mövcud rejimin davam etməsini istəyir. Buna qarşılıq Aİ isə ordu quraraq yerli təhlükəsizlik orqanları yaratmaq istəyir. Bu fikir toqquşması ABŞ ilə AB arasında münaqişələrin yaranmasına səbəb olur.
Müxalifət.az