Trampdan “Makkeyn” açıqlaması

Baxış sayı:
3313

ABŞ prezidenti Tramp Respublikaçı senator Con Makkeynin ölümü ilə bağlı ilk dəfə yazılı bəyanat verərək məşhur senatorun xidmətlərini tərifləyib.
 
Tramp açıqlamasında, "Aramızdakı siyasət və mövqe fərqlərinə baxmayaraq senator Con Makkeynə ölkəmizə göstərdiyi xidmətlərə görə hörmətlə yanaşıram. Onun xatirəsinə, dəfn ediləcəyi günə qədər bayraqların yarıya endirilməsi tapşırığını verdim" - deyə, bildirib.
 
TRAMPIN ƏVƏZİNƏ MƏRASİMDƏ PENS İŞTİRAK EDƏCƏK
 
Tramp 31 avqust  paytaxt Vaşinqtondakı Konqres binasında keçiriləcək dəfn mərasimində də ABŞ-ın vitse prezidenti Mayk Pensin qatılacağını və çıxış edəcəyini bildirib.
Tramp mərasimə rəhbərliyi təmsil edən Özəl Qələm müdiri John Kelli, müdafiə naziri Cim Mattis və Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun qatılacağını bildirib.
Beləliklə, Trampın dəfn mərasiminə qatılmayacağı dəqiqləşmiş oldu.
Tramp, bundan əlavə, Makkeyn ailəsinin istəyi ilə məşhur senatorun cənazəsinin çərşənbə günü Arizonada keçiriləcək mərasimdən sonra hərbi mərasimlə Vaşinqtona gətiriləcəyini ifadə edib.
 
TRAMP "DƏFNİMƏ GƏLMƏSİN" - DEMİŞDİ
 
Qeyd edək ki, Makkeyn ölümündən əvvəl iştirak etdiyi bir televiziya proqramında vəsiyyətnaməsində Trampın dəfnində iştirak etməsini istəmədiyini açıqlamışdı.

Müxalifət.az