Trampın müşavirindən Rusiyaya xəbərdarlıq: “DAHA GÜCLÜ ZƏRBƏ VURACAĞIQ”

Ağ Ev Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevə Vaşinqtonun Əsəd rejiminə yeni və daha güclü bir zərbə endirməyə hazır olduğunu bildirib.
“Bloomberg”-in 4 fərqli mənbəyinə əsaslandırdığı xəbərinə görə, ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə ötən cümə günü Cenevrədə keçirdiyi görüşdə Vaşinqtonun Əsəd rejimi güclərinə yeni və daha güclü bir zərbə endirməyə hazır olduğu barədə xəbərdarlıq edib.
Qaynaqların verdiyi məlumata görə, ABŞ rəhbərliyi, əllərində Suriya ordusunun nəzarətindəki əraziləri azad olunarkən kimyəvi silahdan istifadə etdiyi haqda məlumatlar olduğunu irəli sürür və ABŞ-ın belə bir təcavüzə qarşı əvvəlkinə görə daha güclü hərbi zərbələrlə cavab verməyə hazır olduğunu bildirib.
Müxalifət.az