Trampın səs yazısı yayıldı: BİZİ MƏHV EDƏCƏKLƏR

Baxış sayı:
655

ABŞ prezidenti Donald Tramp, bazar ertəsi axşamı Ağ Evdə verdiyi ziyafətdə bir araya gəldiyi evangelist liderlərə, 6 noyabrda keçiriləcək ara seçkilərdə Respublikaçıların Konqresdə nəzarəti itirməsi vəziyyətində ölkədə zorakılıq dalğasının başlayacağını deyib.
 
“New York Times” qəzeti, Xristian din xadimlərinə verilən ziyafətdəki çıxışların səs yazısını yayıb. Səs yazısında Tramp, keşişlərdən moizələrində icmalarını noyabrda səs verməyə inandırmalarını istəyərək, "Sahib olduğunuz hər şeyi itirməyə yalnız bir seçki uzaqlığındasınız" deyir və Konqresdəki Demokratları nəzərdə tutaraq "Konqresi itirsək, hər şeyi dərhal bitirəcəklər" deyə, söyləyir.
Tramp belə davam edir: "İndiyə qədər gördüyümüz hər şeyi tərsinə çevirəcəklər. Bunu sürətlə və zorakılıqla edəcəklər. Zorakılıq artıq var. Antifaya (faşizm əleyhinə hərəkat) və digər bəzi qruplara baxın. Bunlar zorakılıq dolu insanlardır".
“New York Times”, Trampın bu son sözləri tam olaraq kimdən bəhs etdiyinin açıq olmadığına diqqət çəkib.
Qəzetə görə, Ağ Ev sözçüsü Sarah Sanders, Trampın Konqresdəki Demokratlarımı nəzərdə tutduğu sualına cavab verməyib.
Sanders, Trampın Demokratlarla faşizm əleyhdarı etirazçılar arasında necə bağ qurduğu məsələsini də şərh etməyib.
 
Tramp silah lobbisi qrupunun dilini danışır
 
İngiltərənin “Guardian” qəzeti isə, Trampın sözlərinin sağçı silah lobbisi qrupu Amerikan Silah Birliyinin (NRA) dilini danışdığını iddia edib.
Qeyd edək ki, “NRA” keçən il küçə etirazları görüntülərinə yer verildiyi bir televiziya reklamında Tramp əleyhdarlarını, "qanunlara riayət edən Amerikanlara zorakılıq edən və terror həyata keçirən zorakılıq dolu dəstələr" kimi təsvir etmişdi.
Bəzi qruplar ölkədə böyük mübahisə yaradan bu materialla "Bir daxili müharibə çağırışı" edildiyini demişdilər.
Son iki il ərzində getdikcə güclənən və ağların üstünlüyünü müdafiə edən qruplar, ölkə daxilində yürüşlər keçirir. Antifa hərəkatı da qarşı mitinqlər keçirir.
Müxalifət.az