Trampın vəkilindən şok açıqlama: “PREZİDENTİN İMPİÇMENTİ XALQI AYAĞA QALDIRA BİLƏR”

Baxış sayı:
4309

ABŞ prezidenti Donald Trampın dünən verdiyi, "Vəzifədən çıxarılsam bazarlar çökər" açıqlamasından sonra mövzuyla əlaqədar bir şərh də Trampın vəkili Rudy Giulani verib.
 
“Sky News”-a açıqlama verən Giuliani, Trampın işdən azad edilməsi ilə bağlı bir suala, "İmpiçmentin tam dəhşətli bir hadisə olacağını düşünürəm. Bunun üçün bir səbəb yoxdur. Prezident Ruslarla gizli bir sazişə getməyib.. Məhkəməyə də heç bir əngəl olmayıb. Koenin dediyi hər şeyin əksini sübut edib. Onu təkcə siyasi səbəblərlə işdən çıxararsınızsa, Amerikan xalqı ayağa qalxar" deyib.
Giulani həmçinin, Trampın tərtəmiz olduğunu və keçmiş vəkili Maykl Koenin böyük bir yalançı olduğunu deyib.
Qeyd edək ki, dünən də Donald Tramp, içpiçmentlə bağlı danışmış və özünün işdən çıxarıldığı təqdirdə bazarların çökəcəyini bildirmişdi.
 
TRAMP: SOSİAL MEDİA NƏHƏNGLƏRİ MİLYONLARI SUSDURUR
 
ABŞ prezidenti bu gün diqqət çəkən daha bir çıxış edib. Twitter hesabından bir paylaşma edən Donald Tramp, sosial media nəhənglərinin milyonlarla insanı susdurduğunu deyib.
Tramp, "İnsanlar nəyin həqiqət, nəyin həqiqət olmadığına senzura olmadan özləri qərar verməlidir" deyə, qeyd edib.
Müxalifət.az