“Trampın Yaxın Şərq sülh planı İSRAİLYANLI OLMAYACAQ "

Baxış sayı:
9229

İsrailin “Kanal 10” televiziyası Amerikalı üst səviyyəli bir diplomata əsaslandırdığı məlumata görə, Trampın "Orta Şərq sülh planı” İsrailyanlı olmayacaq".
 
“Axios.com”-da nəşr olunan xəbərə görə, ABŞ prezidenti Trampın Orta Şərq sülh planını hazırlayan diplomatlardan biri planın İsrailyanlı və tərəfli bir plan olmayacağını qeyd edib. Xəbərdə yer alan ifadələrə görə, Amerikalı səlahiyyətli, "Bizim sülh planımız bir “Bibi” planı deyil" deyib. Qeyd olunan “Bibi” ifadəsi ilə İsrailin baş naziri Benyamin Netanyahunun nəzərdə tutulduğu bildirilir.
Xəbərdə Fələstinin başçısı Mahmud Abbasın müavinlərinin Amerikanın sülh planın "anadangəlmə ölü" olduğunu söylədikləri bildirilib və bu qrupun son bir yarım ildir ki, Netanyahunun xeyrinə işlədikləri qeyd olunub. Amerikanın isə Fələstinliləri Ərəb ölkələri vasitəsilə dərhal planı rədd etməməyə dəvət etdiyi qeyd olunub.
 
 "PLANDA HƏR İKİ TƏRƏFİN XOŞUNA GƏLMƏYƏCƏK TƏRƏFLƏR VAR"
 
Xəbərdə yüksək səviyyəli diplomatın adından bu ifadələrə yer verilib:
"Bir "Bibi” plan hazırlamaq istəsəydik, bu, ədalətli, balanslı və real olmazdı və bunu 17 ay əvvəl edərdik. Bizim planımızı "Bibi” plan kimi qiymətləndirmək ədalətli qiymətləndirmə olmaz. Planda hər iki tərəfin xoşuna gəlməyəcəyi hissələr olacaq".
Müxalifət.az