Tropik qasırğa: 7 ölü, 18 yaralı...
19-08-2018 19:26
Baxış sayı:
1174

Çində “Rumbiya” tropik qasırğası nəticəsində azı 7 nəfər ölüb, 18 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bundan əvvəl Syuçjoy rayonunda 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı deyilirdi.
İlkin hesablamalara görə, təbii fəlakət nəticəsində təxminən 69 min hektar əkin sahəsinə, 1800-dən çox evə və digər obyektlərə, infrastruktura ziyan dəyib.
Rayon rəhbərliyi təbii fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım etmək üçün tədbirlər görür.