Tunislilər də Səudiyyə vəliəhd şahzadəsinə etiraz etdi: QATİLİ ÖLKƏMİZDƏ İSTƏMİRİK

Baxış sayı:
5659

Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd bin Salman, edəcəyi səfər öncəsi Tunisdə etiraz edilib.
 
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sabah edəcəyi Tunis səfəri, siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri və media mənsubları tərəfindən etirazla qarşılanıb.
Etirazda iştirak edən nümayişçilər, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçını dəstəkləyən şüarlar səsləndirərək, Səudiyyə Ərəbistanının siyasətlərini pisləyib.
 
QATİLİ ÖLKƏMİZDƏ İSTƏMİRİK
 
Etirazçılar, “Qaşıqçı-nın qanı hələ qurumayıb", "Qatil bin Salmanı Tunisdə istəmirik" kimi yazılı plakatlar qaldırıb.
Tunis Milli Jurnalistlər Həmkarlar İttifaqı, vəliəhd şahzadə Məhəmməd bin Salmanın bu gün edəcəyi Tunis səfərini tənqid edərək mitinq keçirməyə çağırıb.
Camal Qaşıqçı qətlindən sonra ilk xarici səfərini gerçəkləşdirəcək olan Məhəmməd bin Salmanın təpkilərə baxmayaraq sabah Tunisə gəlməsi gözlənilir.
Müxalifət.az