Türk hərbi bazaya hücuma hazırlaşan 5 terrorçu məhv edildi
16-08-2018 12:04
Baxış sayı:
2044

Türkiyənin Bingöl bölgəsinin Adaklı düzündəki hərbi bazaya hücuma hazırlaşan 5 terrorçu məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.
“Bingölün Adaklı düzündə 15 avqust 2018-ci il tarixində təşkil olunan hava əməliyyatı nəticəsində hərbi baza ərazimizə hücuma hazırlaşan separatçı terror qruplaşmasının 5 silahlı üzvü zərərsizləşdirilib”, - açıqlamada deyilib.