​Türk pilotdan F-35 qırıcısı ilə ilk uçuş - Foto

Baxış sayı:
685

Türkiyəli pilot F-35 qırıcısı ilə ilk uçuşunu həyata keçirib.
Muxalifet.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:
“Türkiyə pilotlarının ABŞ-da davam edən təlimləri çərçivəsində pilotumuz tərəfindən ilk F-35 uçuşu 2018-ci ilin avqustun 28-də gerçəkləşdirilib”.
Xatırladaq ki, Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini idxalı barədə qərarından sonra ABŞ-la beşinci nəsil F-35 qırıcı təyyarələri məsələsində gərginlik yaşanır.