Türk əsgəri MÜNBİÇƏ GİRMƏYƏ HAZIRLAŞIR

Baxış sayı:
8803

Türkiyənin baş qərargah rəisi Akar, NATO Müttəfiq Qüvvələr Hərəkat Komandanı Scarparrotti ilə Münbiç yol xəritəsinə dair telefon danışığı aparıb.
 
Türkiyə ilə ABŞ-ın əldə etdiyi Münbiç anlaşması, terrorçuların bölgədən təmizlənməsi mərhələsinə çatıb. Baş qərargah rəisi Hulusi Akar, yaxın vaxtlarda başlayacaq əməliyyatla bağlı NATO-ya məlumat verib.
 
MÜNBİÇ ÜÇÜN GERİ SAYIM BAŞLADI
 
Akarla Scarparrotti arasında baş tutan telefon danışığında Suriyanın şimalındakı təhlükəsizlik vəziyyəti ilə Münbiç yol xəritəsində müəyyən olunan təhlükəsizlik prinsipləri müzakirə olunub.
Müxalifət.az