Türkiyə İdlibdə böyük fəlakətin qarşısını aldı - Berqer
14-11-2018 22:50
Baxış sayı:
8179

Türkiyənin müdaxilələri ilə Suriyanın İdlib şəhərində böyük fəlakətin qarşısı alındı.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Birliyinin Türkiyədəki nümayəndəsi Kristian Berqer bildirib.
"Suriyanın yarısı dağılmış vəziyyətdədir və münaqişə siyasi həll yolundan uzaqdır. Ancaq Türkiyənin İdliblə bağlı müdaxilələri bölgədə daha bir fəlakətin qarşısını almış oldu", - Berqer söyləyib.