​Türkiyə mövqeyimizi dəstəkləyir - Volodin

Baxış sayı:
1195

Türkiyə Rusiyanın AŞPA ilə bağlı mövqeyini dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Türkiyəli həmkarlarımızla mövqeyimiz üst-üstə düşür. Onlar ölkə nümayəndələrinin səs haqlarının əllərindən alınmaması gərəkdiyini düşünürlər”, - deyə sədr bildirib.
Xatırladaq ki, Krımın Rusiya tərəfindən ilhaqından sonra AŞPA rusiyalı diplomatlara bir sıra məhdudiyyətlər tətbiq etdi.