Türkiyə prezidentinin sözçüsü: "ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması yeni QARŞIDURMALARA SƏBƏB OLACAQ"
9-05-2018 14:38
Baxış sayı:
2074

ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxması sabitsizliyə və yeni qarşıdurmalara səbəb olacaq.
Muxalifət.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın açıqlamasını şərh edən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O qeyd edib ki, çoxtərəfli razılaşma digər ölkələrlə davam etdiriləcək. Türkiyə nüvə silahının hər növünə qarşıdır və bu mövqeyində qalır.