Türkiyə Suriyadakı Tel Rifatda əməliyyata başladı

Baxış sayı:
3235

“Fırat Qalxanı” hərəkatında sonra Afrin-dəki PKK / YPG terror təşkilatına yönəlik başladılan “Zeytin Budağı” hərəkatından sonra bir qrup terrorçu qaçarkən, bir qrup terrorçu da Tel Rıfat bölgəsinə sığınmışdı.
 
Buradakı terrorçular bölgədə təhlükəsizliyi təmin edən Türk Silahlı Qüvvələrinə (TSQ) və Azad Suriya Ordusuna (ASO) hücum etməyə başladılar. ASO qoşunları Tel Rifatda PKK / YPG terrorçularına qarşı əməliyyatlara başlayıb. Tel Rifat ərazisindəki terrorçular cavab atəşi verən kimi, TSQ terror təşkilatının mövqelərini uzun məsafəli top və tanklarla vurmağa başlayıb. Əldə edilən məlumata görə, Fəratın şərqinə təşkil ediləcək hərəkatın əvvəlində terror təşkilatı, “Fərat Qalxanı” və “Zeytun Budağı” bölgəsindən tamamilə təmizlənərək bölgə etibarlı hala gətiriləcək. Terrorçu ünsürlər Fəratın şərqinə təşkil ediləcək hərəkat işarəsinin verilməsiylə hərəkətə keçərək Türk əsgərlərinə və bölgədə nəzarəti təmin edən ASO birliklərinə hücumlar etməyə başlayıb.
 
Əlaqələr kəsiləcək
 
Fəratın şərqinə təşkil ediləcək quru hərəkatının əvvəlində terror təşkilatı PKK-nın müəyyən olunan bütün hədəfləri məhv edilərək bir-birləri ilə əlaqələrinin kəsilməsi planlaşdırılır. Terror təşkilatı PKK-nın hakim olduğu İraq və Suriyada olan bölgələrdən Fəratın şərqinə təşkil ediləcək hərəkat əsnasında silah, sursat və döyüşçü dəstəyinin kəsilməsi üçün təhlükəsizlik gücləri, kəşfiyyat və yerli qaynaqlar ilə koordinasiya təmin edilərək terror təşkilatının dəstək alması əngəllənəcək. Terror təşkilatının əməliyyatlarla cənub istiqamətinə sıxışdırılması və Əsəd rejiminin hakim olduğu bölgəyə doğru uzaqlaşdırılması hədəflənir.
Müxalifət.az